AZAL 76 milyon manat zərərlə işlədiyini açıqladı 

AZAL 76 milyon manat zərərlə işlədiyini açıqladı 

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, AZAL-ın xalis zərəri 3% azalaraq 76 milyon 415 min manat olub. 2019-cu ildə şirkət 78 milyon 770 min manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1 milyard 763 milyon 916 min manata çatıb.

2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335 milyon 236 min manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232 milyon 82 min manat, əməliyyat xərcləri 540 milyon 149 min, maliyyə xərcləri 83 milyon 966 min manat, xarici valyuta mübadiləsindən zərəri 9 milyon 399 min manat, mənfəət vergisi ödəmələri isə 10 milyon 219 min manata bərabər olub.

QSC-nin aktivləri 5% azalaraq 1 milyard 978 milyon 200 min manata, öhdəlikləri 1,5% azalaraq 2 milyard 757 milyon 960 min manata enib. Balans kapitalının çatışmazlığı 9% artaraq 779 milyon 760 min manata yüksəlib.