Azərbaycanın üç filiz yatağının istismarı Türkiyəyə verildi

Azərbaycanın üç filiz yatağının istismarı Türkiyəyə verildi

 

Azərbaycanın "Qaşqaçay", "Elbəydaş" və "Ağduzdağ" filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan "Eti Bakır A.Ş." və "Artvin Maden A.Ş." ilə müqavilələr imzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq "Eti Bakır A.Ş." və "Artvin Maden A.Ş." şirkətləri ilə imzalamalı, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, iqtisadyyat naziri Mikayıl Cabbarov bu barədə "Twitter" hesabında yazıb. Nazir atılan bu mühüm addımın işğaldan azad edilmiş ərazilərdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcəyinə inandığını qeyd edib.