Azərbaycan iqtisadiyyatı geriyə addımlayır

Azərbaycan iqtisadiyyatı geriyə addımlayır
Bu ilin yanvar-avqust aylarında ölkədə 45 milyard 962,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3% az Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7%, qeyri neft-qaz sektorunda isə 4,9% azalıb. Məlumat üçün bildirək ki, bu ilin yanvar-iyul aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda 1,5%, yanvar-iyun aylarında 2,4%, yanvar-may aylarında 2,1%, yanvar-aprel aylarında isə 0,2% azalma olub. Onu da bildirək ki, bundan əvvəl isə iqtisadiyyatın qeyri neft-qaz sektorunda sonuncu dəfə 2016-cı ildə azalma qeydə alınıb. 2016-cı ildən sonra qeyri neft-qaz sektorunda ÜDM istehsalı heç vaxt azalmayıb. Onu da bildirək ki, koronavirus səbəbindən mart ayının 26-dan etibarən ölkə ərazisində məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən də aprel ayından sonra bir-sıra sahələrdə müəssisələrin fəaliyyətinə qadağalar qoyulub.