Zeynalabdin Tağıyevin pərəstiş etdiyi din alimi-Mirzə Əbu Turab Axundzadə

Zeynalabdin Tağıyevin pərəstiş etdiyi din alimi-Mirzə Əbu Turab Axundzadə

Hacı Zeynalabdin Tağıyev ölərkən vəsiyyət etmişdi ki, onu Axund Əbu Turabın qəbrinin ayağ tərəfindən dəfn etsinlər

Mirzə Əbu Turab Axundzadə Azərbaycanın tanınmış İslam alimlərindən bir idi. O, 1815-ci ildə Bakının Əmircan kəndində anadan olub.

Əbu Turab ilk təhsilini o zaman Bakıda, Mirzə Həsib Qüdsinin mədrəsəsində alıb. Sonra o, təhsilini Mədinədə davam etdirib. Daha sonra isə Bağdadda ali ruhani məktəbini bitirib, riyaziyyat, coğrafiya, ədəbiyyat, məntiq və s. elmləri, həmçinin ərəb, fars, türk və rus dillərini mükəmməl öyrənib. Azərbaycanda isə din xadimi Əmircan məscidində ruhanilik edib.

Əbu Turabın təşəbbüsü ilə kənddə ilk qızlar mədrəsəsi açılıb. 1901-ci ildə alim öz qızını Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə açılan qızlar məktəbinə qoyub.

Mirzə Əbu Turab 1908-ci ildə vəfat edib. O, Bakının Mərdəkan qəsəbəsində, Pir-Həsən qəbristanlığında dəfn olunub. 1910-cu ildə xeyriyyəçi Murtuza Muxtarov alimin məzarı üzərində məqbərə inşa etdirib. 

Hacı Zeynalabdin Tağıyev vəsiyyət etmişdi ki, onu Axund Əbu Turabın qəbrinin ayağ tərəfindən dəfn etsinlər: "Çünki onun ayağının bildiyini mənim başım da bilmir" demişdi. O, vəsiyyətinə uyğun olaraq dəfn olunub.