Tanzaniyada Hicab Sərgisi keçirilib

Tanzaniyada Hicab Sərgisi keçirilib

 Beynəlxalq Hicab Günü münasibətilə İranınn mədəniyyət müşaviri tərəfindən Tanzaniyanın "Pink Hicab" İnstitutu ilə əməkdaşlıq çərçivəsində Hicab Sərgisi keçirilib.

İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Beynəlxalq Hicab Günü münasibətilə İranınn mədəniyyət müşaviri tərəfindən Tanzaniyanın "Pink Hicab" İnstitutu ilə əməkdaşlıq çərçivəsində İranın mədəniyyət məsləhət mərkəzində hicab sərgisinin açılışı olub.

Bu mərasimdə İran İslam Cümhuriyyəti səfirliyinin rəhbəri, İndoneziya səfiri, Türkiyənin səfiri, Omanın Tanzaniyadakı nümayəndəsi, Tanzaniya Müsəlman Şurasının qadınlar bölməsinin rəhbəri xanım Şəmim Xan və bir sıra digər iranlılar və qadın fəallar iştirak ediblər. Bu mərasimin xüsusi qonağı Zanzibarın Əmək, İqtisadiyyat və İnvestisiya naziri Roderik Ramazan Suraga olub.