Sidrətül-müntəha nədir?

Sidrətül-müntəha nədir?

Quranda və hədislərdə rast gəlinən Sidrətül-müntəha nədir?

DİN Sidrətül-müntəhanın nə olması barədə mənbələrdə fərqli məlumatlar vardır. Hədislərə görə, bu, çox böyük kölgəliyə malik ağacdır. Sidrətül-müntəha səma qatlarının sonunda, cənnətin yaxınlığında yerləşir. Qurani-Kərimdə buyurulur: "And olsun ki, (Peyğəmbər (s) Cəbraili (ə) öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr!" (Nəcm, 13-16).

Allahın Rəsulu (s) merac səfəri zamanı Sidrətül-müntəhanı seyr etmişdi. Bu ağacın kölgəsində hər ümmətin saleh bəndələri qərar tutub, onun budaqlarının xışıltısı mələklərin təsbihidir. Bəzi təfsirlərə görə, Sidrətül-müntəha Allahın ərşinin kənarındadır, bura ilahi aləmin sərhəddidir. Heç bir canlı (hətta mələklər də) Sidrətül-müntəhadan o tərəfə keçə bilməz.