Şəvval yoxsa, qəza orucu?

Şəvval yoxsa, qəza orucu?

Şəvval ayında altı gün nafilə oruc tutmaq sünnətdir. Bu orucun əvəzinə qəza orucu tutmaq olarmı?

Ramazandan sonrakı şəvval ayında altı gün oruc tutmaq sünnətdir. Bu orucu ayrı-ayrı günlərdə və ya dalbadal tutmaq olar. Rəsulullah (s.ə.s.) bir hədisində belə buyurur: “Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa, bütün ili oruc tutmuş kimi olar.” (Müslim, Siyam, 204; İbn Macə, Siyam, 33; Tirmizi, Savm, 52).

Bəli, Rəsulullah (s.ə.s.) şəvval orucunu ayrıca tutmağa təşviq etmişdir. Müəyyən səbəblərə görə, başqa vaxtlarda (yaxınlaşan hamiləlik və s.) Ramazandan qəzaya qalan oruclarını tuta bilməyənlər şəvval orucu əvəzinə qəza orucu tuta bilərlər. Qəza, nəzir və s. orucları bu günlərdə tutanlar eyni savaba nail olarlar. Aybaşı səbəbilə ramazanda qəzaya qalan orucları şəvval ayında tutan qadınlar da eyni əcri qazanarlar.

İl ərzində Ramazan orucunun qəzasını tutmağa gücü çatanlar şəvval ayındakı 6 günlük sünnət orucu tutmağı məsləhətdir.