Səddamın öldürdüyü filosof onun faciəsini illər öncə demişdi

Səddamın öldürdüyü filosof onun faciəsini illər öncə demişdi

"Zalımların əliylə öldürülmək Allahın xalis qullarına olan bir ikramı deyilmi?"

Şəhid Ayətullah Muhəmməd Baqir Sədr ilə Səddam Hüseynin tarixi məktublaşması

Bu gün iraqlı dahi şəxsiyyət, böyük mütəfəkkir şəhid Ayətullah Seyyid Muhəmməd Bagir Sədrin ölümünün 42-ci ildönümüdür. 45 il yaşamasına imkan verdilər, Səddam Hüseyn vəhşicəsinə qətlə yetirdi onu.

Sabiq İraq diktatoru Səddam Hüseyn hakimiyyətdə olduğu dövrdə islam dünyasının böyük alimlərindən olan şəhid Ayətullah Muhəmməd Baqir Sədrə bir məktub göndərərək ondan özünə itaət etməsini istəmişdi.

Şəhid Ayətullah Muhəmməd Baqir Sədr, ona verdiyi cavabda cəddi İmam Hüseyn (ə) kimi zillətə boyun əyməyəcəyini bildirmiş, bəsirətiylə Səddamı necə aqibət gözlədiyini açıqlamışdı.

Zəmanəsinin böyük alimlərindən olmuş Sədrin Səddam Hüseynin lideri olduğu partiya ilə bağlı fətvası da diqqətçəkən idi:

"Bismilləhir-rahmənir-rahim! Hər hansı bir ad altında BƏƏS partiyasına qatılmaq haramdır və hər hansı bir şəkildə bu partiya ilə əməkdaşlıq etmək zalım və kafirə yardımçı olmaqdır və həm də İslama, müsəlmanlara düşmənçilikdir.

Müsəlman və mücahid İraq xalqının BƏƏS partiyasına və idarəçi heyətinə qarşı silahlı qiyamı, bu küfr partiyasının üzvlərini hər yerdə öldürlmələri və eləcə də xalqı bu qəddarların pəncəsindən qurtarmaları "vacibi kifaidir".

İraq diktatoru Ayətullah Muhəmməd Baqir Sədrə məktub yazır:

"Sizin də bildiyiniz kimi, partiyamızın düşüncə sistemi İslamın ruhundan qaynaqlanmaqdadır. Bizlərin təqdim etdiyi proqram və şüarlar da, çağımıza uyğun olan İslamın şüarlarıdır və bizlərin həyatımızda tətbiq etmək istədiyimiz şeylər şəriətin istəkləriylə razıdır.

Bizlər işlərimizə qarışmadıqları və siyasətə bulaşmadıqları müddətcə, İslam alimlərini sevir və dəstəkləyirik. Ancaq anlaya bilmirik ki, niyə xalqa bizim partiyamıza üzv olmalarını haram etdiniz, əleyhimizə qiyamlarını istədiniz və bizim İrandakı düşmənlərimizi dəstəklədiniz.

Sizi xəbərdar etmiş və nəsihət verib bəhanəniz olmadığını bildirmişdik, amma siz qaçındınız və israrla bizə uymadınız, bu inqilabın əleyhinə hərəkət etdiniz.

Siz inadçı düşmənimizsiniz və bizlərin düşmənlərimizə qarşı hökmlərimizi də bilirsiniz. Sizə heç bir şəkildə toxunulmayacağını təmin etmişdik.

Əgər bizim istəklərimiz üzrə davransanız, qanun qarşısında qorunar, çox uca mövqelər sahibi olarsınız.

Dövlət və hökumət səlahiyyətliləri qarşısında bütün istəkləriniz yerinə yetiriləcək; amma əgər istəklərimizi qəbul etməsəniz nə olacağını düşünün. Sonu hər nə olursa olsun, sizlərə etiraz ediləcək.

Sizə üç təklifimiz var. Əgər bu təklifləri qəbul etsəniz və televiziya ekranlarında, rəsmi qəzetlərdə istəklərimizi söyləsəniz, sizə heç ümid bəsləmədiyiniz kəramətlər edərik:

-BƏƏS partiyasının lideri və İraq İnqilab Şurasının başçısı Səddam Hüseyni təsdiqlədiyinizi bildirin.

-Siyasi işlərə qarışmayacağınızı və İslam dininin siyasətə qarışmadığını elan edin.

-İrandakı hökuməti və onların İraqdakı müdaxilələrini dəstəkləmədiyinizi bildirin.

Gördüyünüz kimi, bunların üçü də asan şeylərdir. İnqilabın mərhəmətli əllərinin sizə təqdim etdiyi bu fürsəti qaçırmayacağınıza ümid edirəm."

Şəhid SAyətullah Muhəmməd Baqir Sədrin Səddamın məktubunu gətirənə cavabı:

"Mən sizin ağıllı olduğunuzu zənn edirdim. Sizlər açıq sözləri belə, inkar edirsiniz. Sizə lazım olan sözü söylədim və nəsihət etdim.

Əgər Qiyamətə inanırsınızsa və həqiqətə çatmaq istəyirsinizsə məni dinləyin. Sizlər pozğunluq xəstəliyi ilə xəstələnmisiniz və öldükdən sonra diriləcəyinizi unutmayın.

Öldükdən sonra ürəkləriniz daşlaşmış və heyvandan aşağı səviyyəyə düşəcəksiniz. Sizlərə nəsihət verdikcə daha da azğınlaşırsız. Eynilə yəhudilər və şeytana uyanlar kimi, sizi pislikdən saxlayanlara düşmənçilik bəsləyirsiniz.

Allaha qarşı döyüş açmısınız: Allah vəlilərini (alimlər) nəzarətə götürür, ən kiçik bir zənnə söykənərək, eynilə cahiliyyət dövründəki atalarınız kimi onları öldürürsünüz.

Ölkəmizin əsərlərini dağıdırsınız. Heç bir günah və cinayət işləməkdən qorxmur, həvayi-həvəsinizə boyun əyirsiniz. Şəhvətlərinizə uyduqca da fəlakətə sürüklənir, hiylələr edirsiniz. Günahsız insanların qanını içirsiniz. İraqdakı hər ev sizin əlinizdən qan ağlayır.

Siz, eynilə bir quru odun parçası, heç bir sözün təsir etmədiyi daş kimisiniz. Sizə nəsihət verməkdən yoruldum.

Tağutlara tapınırsınız, fironların nəvəsisiniz. Məni ölümləmi hədələyib, qorxudacağınızı zənn edirsiniz?! Ölüm haqdır və hamımız ölümü dadacağıq. Zalımların əliylə öldürülmək Allahın xalis qullarına olan bir ikramı deyilmi?

Əlinizdən gələni edin. Sizinlə Allahın hüzurunda görüşəcəyik və çatacağınız yer pis əzabdır. Bizim nurumuzu söndürməyə çalışırsınız? Mənə nəsihət verərək hiylə işlətməyinizə təəccüblənirəm.

Sizin məndən razı olmanızı da gözləmirəm. Haqqı batiləmi satmağımı gözləyirsiniz? Allaha itaəti buraxıb, sizəmi itaət edim? Sizi razı edib, Onumu qəzəbləndirim?

Əgər belə olsa havalanar və hidayətə çatanlardan olmaram. Yazıqlar olsun sizə! Nə istəyirsiniz? İslam mənim yanımda alınıb satılan bir maldırmı? Və ya bir dünya mənfəətini ummaq üçündürmü? Sənin işin məni dünya malı üzərində qorxutmaqdır. Mən alçaq insanlar kimi sizə əlimi uzada bilmərəm və kölələr kimi də sizi təsdiqləmərəm!

Əgər ölümdən başqa qorxudacaq bir şeyiniz qalmayıbsa, beləcə davranın. Mənim sizin istəklərinizə boyun əyəcəyim arzularınızı başınızdan silib atın. Bizlər qiymətli insanların övladlarıyıq və ayaqlarımız əsla titrəməmişdir.

Sizi göndərənlərə və ağalarınıza eynilə bunu deyin: "Əgər Məhəmməd Baqir Sədri min dəfə də öldürsəniz, istəyinizə əsla çata bilməyəcəksiniz. Məni öldürdükdən sonra, hər vaxt zillət və qorxu içində yaşayacaqsınız.

Vəziyyətiniz dəyişəcək və Allah sizləri zəlil edəcək, olanları sizə müsəllət edəcək və məğlubiyyətə uğrayanların vəziyyətinə düşəcəksiniz. Heç hesablamadığınız ağrıları dadacaq, bəlalara mübtəla olacaqsınız və hər biriniz çöllərə dağılacaq, səltənətiniz darmadağın olub, çəkmələr altına alınacaqsınız.

Sizlər başqa şəhərlərə dağılacaq, diyarlarınız, mallarınız parça-parça olacaq və gözlərinizi açdığınızda xalqın sizi lənətlədiyini görəcəksiniz. Tarix səhifələrində quru bir ləkə olaraq xatırlanacaqsınız!.."

Qeyd edək ki, Ayətullah Muhəmməd Baqir Sədr diktaror Səddam Hüseyn rejimi tərəfindən şəhid edilib.

Səddam Hüseynin özü etdiyi cinayətlərə görə İraq höküməti tərəfindən dar ağacından asılıb, tərəfdarları isə İŞİD kimi terror təşkilatlarına qatıldıqdan sonra bir müddətdən sonra məhv edilib.