Nobel Sülh mükafatçısı Hindistanda hicablı qadınlara dəstək verib

Nobel Sülh mükafatçısı Hindistanda hicablı qadınlara dəstək verib

Nobel Sülh mükafatçısı Məlalə Yusəfzay, hicablı qadınları dəstəkləməklə Hindistanda qadınlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb.

2014-cü ildə Nobel Sülh mükafatı alan və qadın hüquqları müdafiəçisi Məlalə Yusəfzay, Hindistan liderlərini Karnataka əyalətində müsəlman qadınların hicab geyinmələrinə görə kənarlaşdırılmalarına son qoymağa çağırıb.

Hicab məsələsi yanvar ayında Karnataka əyalətinin Odenopi şəhərindəki PU Dövlət Kollecində başlayıb. Orada hicablı altı tələbədən kolleci tərk etmələri istənilib.

İndi bu məsələ əyalətin müxtəlif bölgələrinə yayılıb. Hindu gəncləri ifrat sağçıların dəstəyi ilə hicaba etiraz edirlər.

Baş verənlərə reaksiya verən Məlalə Tvitter hesabında bunları yazıb: "Hicablı qızların məktəbə gəlməsinin qarşısını almaq dəhşətdir. Hindistan liderləri müsəlman qadınları kənarlaşdırmaqdan əl çəkməlidirlər."