Misirdə "Port Səid" Quran müsabiqəsi keçiriləcək

Misirdə "Port Səid" Quran müsabiqəsi keçiriləcək

Misirdə keçirilən "Port Səid" Quran müsabiqəsində 66 ölkə iştirak edəcək

Misirin Port-Səid əyalətində Qurani-Kərimin hifzi və dini ibadət üzrə beynəlxalq müsabiqə gələn ay 66 ölkədən nümayəndənin iştirakı ilə beşinci dəfə keçiriləcək.

Port Səid Əyalətinin İnformasiya Məsləhətçisi və 5-ci Port Səid Beynəlxalq Quran Müsabiqəsinin koordinatoru Adil Məsiləhi müsabiqənin tam təfərrüatlarını açıqlayıb.

O, deyib ki, bu yarış 2003-cü ildə Süveyşin üç əyaləti səviyyəsində başlamışdı. Sonra bu fikir yayıldı və Misir əyalətlərində keçirildi.

Adil Məsiləhi qeyd edib ki, bu müsabiqəyə hər il bir məşhur qarinin adı verilir. Bu yarışa, Mərhum Ustad Mustafa İsmayılın adı verilib.