Əl-Şəravinin təfsiri ingilis dilinə tərcümə edilib

Əl-Şəravinin təfsiri ingilis dilinə tərcümə edilib

Mərhum Şeyx Məhəmməd əl-Mütəvəlli Əl-Şəravi tərəfindən yazılmış "Təfsiruş-Şəravi", ilk dəfə ingilis dilinə tərcümə edilərək çap edilib. Həmçinin rəqəmsal formada, xüsusi proqram şəklində Quran elmləri ilə maraqlananların istifadəsinə verilmişdir.

Bu, Xanım Əfra Bint Zayedin dəstəyi ilə həyata keçirilib. Bu əsərin təqdimatı, Qahirədə Əl-Əzhər Böyük Alimlər Şurasının bir sıra üzvlərinin və bir qrup ruhani, ictimai xadim və BƏƏ-nin Qahirədəki səfirliyinin üzvlərinin iştirak etdiyi mərasim zamanı baş tutub.

Layihənin sponsoru Xanım Əfra, bunu ingilis dilində islami əsərlərin xəzinəsini zənginləşdirmək, eləcə də ingilis dillilərə Qurani-Kərimin məfhumları haqqında daha çox məlumat əldə etmək imkanı yaratmaq üçün atılan addım kimi qiymətləndirib.

Bu layihə elmi və inzibati kollektivin səyləri ilə on yeddi il müddətində tamamlanıb.