Kərbəla caniləri - Yezid ibn Müaviyə

Kərbəla caniləri - Yezid ibn Müaviyə

 Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan ilk şəxsin Yezid ibn Müaviyə olduğu danılmaz bir həqiqətdir.

Yezid camaatın heç bir müdaxiləsi, nəzəri və məsləhəti olmadan hakimiyyətə çatdı. Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan ilk şəxsin Yezid ibn Müaviyə olduğu danılmaz bir həqiqətdir.

O, Əməvilər soyunun Süfyanilər qoluna mənsubdur və 25-ci, yaxud 26-cı hicri-qəməri ilində (miladi 645-546-ci il) doğulmuş, 64-cü h.q. ilinin Rəbiul-əvvəl ayının 14-ü ölmüş, Dəməşq şəhərinin Həvarin kəndində dəfn edilmişdir. Anası Bəni-Kəlb qəbiləsindən Bəcdəlin qızı Meysun olub.

Tarixi mənbələrdə Yezidi şərab düşkünü, fasid, günah əhli, dini qayda-qanunlara laqeyd, xeyirxah insanların malı və canına təcavüz edən, İslam və Quran təlim-tərbiyəsindən tamamilə uzaq biri kimi tanıtdırılır.

Yezid atası Müaviyənin təyini ilə, camaatın heç bir müdaxiləsi, nəzəri və məsləhəti olmadan hakimiyyətə çatdı.

Yezid, təqribən, 3 il neçə ay xəlifəliyi dönəmində üç böyük cinayətə imza atdı:

  1. Aşura faciəsini törətdi;
  2. 2. İki il sonra – 63-cü hicri-qəməri ilində Hirrə faciəsini törətdi, Peyğəmbərin (s) məscidinə hörmətsizlik və Mədinə əhalisini qətliam etdi;
  3. 3. Hakimiyyətinin 3-cü ili Allahın evində qanlar tökdü və Kəbə evinə od vurdu. (maida.az)