Hindistanlı müəllimlər müsəlman qızları dəstəkləyib

Hindistanlı müəllimlər müsəlman qızları dəstəkləyib

Hindistanın müxtəlif bölgələrindəki müəllimlər müsəlman tələbələrlə həmrəy olduqlarını bildiriblər və dərsdə hicab taxmağı özlərinin haqqı hesab ediblər.

Hindistanın müxtəlif yerlərindəki müəllimlər bəyanatda vurğuladılar: "Biz Hindistanın müxtəlif yerlərində məktəb, kollec və universitetlərdə çalışan müəllimlər olaraq müsəlman tələbələrin dərsdə hicab taxmaq hüququ ilə həmrəy olduğumuzu bildiririk. Bu, qadınların müstəqilliyini və onların nüfuzunu göstərir və hicab heç bir şəkildə təhsilin bütövlüyünə təhlükə yaratmır."

Bu bəyanatın digər hissəsində gəlib ki, tələbələr müxtəlif dinlərdən, sosial təbəqələrdəndirlər və müxtəlif ana dillərində danışırlar. Təhsil müddətində onlar ətrafdakı dünya haqqında tənqidi düşünməyi və araşdırmağı öyrənirlər. Bu prosesdə tələbələr bəzən öz inanclarını vurğulayır, bəzən də onları kənara qoyurlar.