Bu əməl bütün xəstəliklərin şəfasıdır, ölümdən başqa

Bu əməl bütün xəstəliklərin şəfasıdır, ölümdən başqa

"Həşr" surəsinin fəzilətləri 

"Həşr" surəsi Qurani-Kərimin 59-cu surəsidir ki, Mədinədə nazil olmuşdur və 24 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Həşr" surəsini oxuyar – behişt və cəhənnəm, ərş və kürsü, onun hicabları, yeddiqatlı səma və yer, hava və küləklər, quşlar və ağaclar, dağlar və Günəş, Ay və mələklər – hamısı ona salam verərlər və onun üçün bağışlanma istəyərlər. Əgər bu surəni oxuduğu gecədə və ya gündüzdə ölərsə, şəhid hesab olunar".

İmam Sadiq (ə) buyurur: "Hər kim əsrdə "Rəhman" və "Həşr" surəsini oxuyarsa, Allah sıyrılmış qılınclı mələyi vəzifələndirər ki, səhərə qədər onu qorusun".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Həşr" surəsini oxuyarsa, Allah hizbinin üzvündən olar ki, xilas olmuşlardır".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Nə zaman yatağa getmək istəsən, "Həşr" surəsini oxu və əgər ölsən, şəhid hesab olunacaqsan”.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Hər kim "Həşr" surəsini cümə gecəsində oxuyarsa, səhərə qədər müxtəlif bəlalardan amanda olacaqdır".

Həzrət Peyğəmbər (s) buyurur: ""Həşr" surəsinin son üç ayəsini oxuyan zaman əlini başına qoy ki, bu, Cəbrayilin (ə) Allah tərəfindən olan göstərişidir. Bu əməl bütün xəstəliklərin şəfasıdır, ölümdən başqa".

İmam Sadiq (ə) buyurur: "Hər kim "Həşr" surəsini yazar və pak su ilə yuyar və içərsə – güclü hafizə onun nəsibi olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Həşr" surəsinin son üç ayəsini oxuyarsa, keçmiş və gələcək günahları bağışlanar". (Beytutə)

(deyerler.org)