Böyük Bolton Məscidinin genişləndirilmə layihəsi dayandırılıb

Böyük Bolton Məscidinin genişləndirilmə layihəsi dayandırılıb

 İngiltərənin Bolton şəhərində Ələvi məscidinin genişləndirilmə layihəsi məscidin qarşısındakı ağacın vəziyyəti ilə bağlı narahatlıqlar səbəbindən dayandırılıb.

Böyük Ələvi məscidinin genişləndirilmə planına şüşə günbəz və minarə daxildir. Lakin şəhər şurası rəsmilərinin fikrincə, plan fıstıq ağacının məhvinə gətirib çıxaracaq.

Bununla belə, məscid rəsmiləri məscidin qarşısında daha iki ağac əkməyi təklif ediblər.

Məscid rəsmilərinin bəyanatında məscidin genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu məscidin indiki formada şəhərdəki digər tikililərdən heç bir fərqi olmadığı bildirilib. Bolton İslam Mərkəzi yenidən formalaşdırmaq və iclas zalı əlavə etməklə binanın fiziki görünüşünü yaxşılaşdırmağa çalışır.

Məscidin genişləndirilməsi ilə bağlı Bolton Şəhər İslam Şurasının təkliflərinə gələn həftə baxılacaq.