Azərbaycan və Rusiyanın dini liderlərinin görüşü olub

Azərbaycan və Rusiyanın dini liderlərinin görüşü olub

Oktyabrın 12-si Rusiyanın paytaxtında Moskva və bütün Rusiya Patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə arasında görüş keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə görüşlə bağlı Patriarxlığınıın rəsmi saytı məlumat yayıb.

Görüş pandemiyaya görə mətbuat nümayəndələrinin iştirakı olmadan, Danilovski Manastırında baş tutub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. 

Patriarx Kirill: "Siyasi amil dini liderlər arasında danışıqları çətinləşdirir"

"Biz sizinlə müntəzəm olaraq görüşürük və bu görüşlər həmişə mehriban, qardaş, etibarlı mühitdə keçir. Bu müddət ərzində həqiqətən bir-birimizə etibar mühiti formalaşıb: dini liderlərin, dini icmaların liderlərinin gündəmində olsalar da, eyni zamanda fərqli, o cümlədən siyasi ölçüləri olan çox çətin problemləri müzakirə etməli oluruq.

Söhbət hərbi münaqişənin aradan qaldırılmasından getdikdə siyasi amil mövcud olur, bu amilin hakim olması isə danışıqları çətinləşdirir. Bəzən dini nöqteyi-nəzərdən baxanda insanların niyə bir-birinə etibar edə bilmədiyini anlaya bilmirik. Onların etibar edə bilməməsinin səbəbi siyasi maraqlara toxunması ilə bağlıdır".

Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin sözlərinə görə, dini liderlər ümumi mənafe naminə və hər hansı mənfi fəsadlar olmadan gündəlikdə olan ən mürəkkəb məsələləri belə müzakirə edirlər:

"Azərbaycanda rus kilsəsinin İslam icması ilə münasibətləri çox yüksək prioritetə malikdir".