Allahın əzəmətli adının duası bu 5 surədə gizlənmişdir 

Allahın əzəmətli adının duası bu 5 surədə gizlənmişdir 

Bir çox İslam mütəfəkkirləri bu əqidədədirlər ki, Allahın əzəmətli adı ancaq sözdən ibarət deyildir. Əslində sözdən daha ucadır ki, insanın özünü tərbiyə və islah etməsinə birbaşa təsir qoyar. Bu halın sayəsində Allah ona uca məqam və qüdrət bəxş edər.

Alimlərin nəzərinə görə, Allahın əzəmətli adının duası Quranın beş surəsində gizlənmişdir. Bu surələr: "Bəqərə", "Ali-İmran", "Nisa", "Taha", "Təğabun"dur. (Beytutə)

Ayətul-kursi:

(255) "Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgi tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur.

İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür".

(256) "Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Qur’an vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir".

(257) "Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar".

("Ali-İmran" 2-3).

(2) "Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir".

(3) "Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi".

("Nisa" 87).

(87) "Tək olan Allahdan başqa bir tanrı yoxdur. Sizi mütləq, (qəbirlərinizdən) barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu ola bilər?!".

("Taha" 8).

(8) Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər)”.

("Təğabun" 13).

(13) Yeganə (vücudu vacib olan) Allah, Ondan başqa bir tanrı yoxdur və möminlər yalnız Allaha təvəkkül etməlidirlər (iradə və istəkdən başqa özlərinə aid olan bütün işlərin baş verməsini yalnız Ondan bilməli və Onun öhdəsinə qoymalıdırlar). (deyerler.org)