50 nadir Quran əlyazması hədiyyə edilib

50 nadir Quran əlyazması hədiyyə edilib

BƏƏ-nin Şarcə şəhərinin Quran məclisinə hicri 10-11-ci əsrlərə aid Qurani-Kərimin 50 nadir əlyazması hədiyyə edilib.

Quranın bu nadir əlyazmaları Şarcə hökmdarı Şeyx Sultan ibn Məhəmməd əl-Qasimi tərəfindən Şarcə Quran Məclisinə hədiyyə edilib.

Şarcə Quran Assambleyasının rəhbəri Şeyx Şirzad Əbdür-Rəhman Tahir bu qiymətli Quran nüsxələrini hədiyyə etdiyinə görə Şeyx Sultan ibn Məhəmməd Əl-Qasimiyə təşəkkür edərək deyib: "Onlar yaxın vaxtlarda muzeylərində olan bütün əlyazmaları və qiymətli eksponatları özündə birləşdirən elektron platformanı işə salacaq.

Şeyx Şirzad Əbdür-Rəhman Tahir deyib ki, Quranın bu əlyazmaları İslam sivilizasiyasının böyüklüyünə və orijinallığına dəlildir. Bu, həm də böyük irsi ilə fəxr edən müsəlman ümmətinin tarixində mühüm mərhələni göstərir.