Xüsusi Təyinatlı döyüşçü-Şəhid Xalid Quliyev

Xüsusi Təyinatlı döyüşçü-Şəhid Xalid Quliyev
Bu gün Şəhid Xalid Quliyevin doğum günüdür. Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq. Xalid Huseynxan oglu Quliyev 1962-ci il sentyabrin 9-da, Bakıda anadan olub. Xalid Quliyev Nizami Rayonunda yerləşən və hazırda onun adını daşıyan 62 saylı məktəbdə təhsil alıb. O, Politexnik institutunu bitirdikdən sonra Təhsil Nazirliyinin nəzdnində olan Təcrübə sınaq zavodunun Baş mühəndis, sonra isə Baş direktoru vəzifəsində 1992 ilə qədər calışıb. Ölkədə,baş vermiş hadisələr onu dinc buraxmırdı.Son Vertalyot hadisəsində diriykən yandırılmış ziyalıların ölümü Xalidi çox sarsıtmışdı. Elə o, gündən birbaşa Daxili Qoşunların sırasına könüllü qoşularaq, xüsusi təyinatlı dəstədə Ağdərəyə, torpaqlarımızı qorumağa yollandı. O, Ağdərənin 6-kəndini yağı düşməndən azad etmək üçün döyüşlərdə xüsusi bacarığı və şücaəti ilə fərqlənirdi. Naxcivanik kəndi azad olduqdan sonra Azərbaycan bayrağını buradakı ən hündür yerə taxmaq da Xalid Quliyevə qismət olur. Xalid Quliyevin son döyüşü Manikli kəndində olub. Kəndi azad etdikdən sonra, xəbər gəlir ki, 3 əsgərimiz mühasirəyə düşüb. O, (1992-ci il,10 iyul) dərhal dostlarının köməyinə yollanır. Xalid Quliyev döyüşçü dostlarını mühasirədən xilas edib geri dönəndə minaya düşərək Şəhid olur. Şəhidmizin canını qurban verdiyi vətəninə əmanət bir övladı qalır. Bu gün model və müğənni kimi tanınan Aynişan Quliyeva Şəhid Xalid Quliyevin yadigarıdı.Xalid Quliyev müğənni Aybəniz Haşımova ilə evli idi. Xalid Quliyevin vaxtıilə təhsil aldığı Nizami rayonunda yerləşən 62-li liseyə ölümündən sonra onun adını verdilər. Yaşadığı küçə də Xalid Quliyevin adını daşıyır. Şəhidolandan sonra "Vətən Uğrunda" medalı ilə təltif edilib. Ruhu şad olsun!