Türkmənistanda doğulub, Füzulidə Şəhid olan baş leytnant

Türkmənistanda doğulub, Füzulidə Şəhid olan baş leytnant

Bu gün Şəhid Fəxrəddin Musayevin mübarək mövlu günüdür.

Vetenugrunda.az oxucularına Şəhid Fəxrəddin Musa oğlu Musayevi xatırladacaq.

O, 1957-ci il, 30 iyulda Türkmənistanın Bayraməli şəhərində anadan olub. 1964-1974-cü illərdə burada təhsil alıb.  1975-ci ildə hərbi xidmətə çağırılıb. Çexoslovakiyada, sonra isə Orenburq vilayətində xidmət edib. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olub. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirib.

Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 1992-ci il aprelin 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən Şəhid olur.

Ailəli idi, bir oğlu Vətənə yadigar qalıb.

7 iyun 1992-ci ildə o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır.

Yaşadığı binanın önünə barelyefi vurulub.