Ruslar Xankəndidə keçiriləcək hərbi parada hazırlaşır - VİDEO

Xəbər verdiyimiz kimi, Qarabağda yerləşdirilən Rusiya Silahlı Qüvvələrinin sülhməramlıları 9 may tarixində faşizm üzərində qazanılan qələbənin 76-cı ildönümü münasibətilə parad keçirməyə hazırlaşırlar.

Parada hazırlaşan Rusiya sülhməramlıları Xankəndidə yerləşən aerodromda parada hazırlıqla bağlı təlimlər keçirlər. Yayılan məlumatda bildirilir ki, hərbi paradın hazırlıqlarına 15-ci sülhməramlı motoatıcı briqadanın şəxsi heyəti, humanitar mərkəzin, hərbi polis, xüsusi tibbi hissə, Rusiya sülhməramlı kontingentinin komanda qrupu da daxil olmaqla ümumilikdə 400-ə yaxın hərbi qulluqçu cəlb olunub. (yeniavaz)