Qarabağda fəaliyyət göstərəcək Türkiyə əsgərlərinin sayı açıqlandı

Qarabağda fəaliyyət göstərəcək Türkiyə əsgərlərinin sayı açıqlandı

Hulusi Akar Qarabağda fəaliyyət göstərəcək Türkiyə əsgərlərinin sayını bildirib

Türkiyənin Müdafiə naziri Hulusi Akar Qarabağda fəaliyyət göstərəcək türk hərbçilərinin sayını açıqladı.

O, Türkiyə Silahlı Qüvvələrinin 35 zabitinin və bir generalının Qarabağdakı atəşkəsə nəzarət etmək üçün Rusiya ilə ortaq mərkəzdə xidmət edəcəyini bildirib.

Türkiyə müdafiə naziri Rusiya-Türkiyə ortaq müşahidə mərkəzinin işində iştirak edəcək türk hərbçilərin artıq Azərbaycanda olduğunu bildirib.