PKK terrorçusu: "Biz Qarabağa qədər gedərək, ermənilərə kömək etmişik"

PKK terrorçusu: "Biz Qarabağa qədər gedərək, ermənilərə kömək etmişik"

Layika Gültəkin: "İstənilən zaman erməni xalqı arzu edərsə, biz təbii ki, onların sıralarına qoşulacağıq"

Beləliklə, terror təşkilatının rəhbər qadın strukturlarında yer alan Layika Gültəkin PKK/YPG-yə yaxınlığı ilə seçilən KİV-lərə bildirib ki, onlar hər zaman erməni xalqının çağırışlarına səs veriblər.

"Deyirlər ki, PKK-da kimsə qalmayıb, bizim sayımız azalıb. Amma bu, belə deyil. Biz Qarabağa qədər gedərək, ermənilərə kömək etmişik. İstənilən zaman erməni xalqı arzu edərsə, biz təbii ki, onların sıralarına qoşulacağıq", deyə terrorçu qadın bildirib.

Bu arada o da məlum olub ki, Layika Gültəkinin adı Türkiyənin PKK terrorçularının adları qeyd olunmuş "qırmızı" axtarış siyahısında yer alıb və təhlükəlilərdən hesab olunur. Onun tapılaraq qanuna təslim edilməsinə görə 10 milyon Türkiyə lirəsi vəd edilib. (sia.az)