Paşinyan müharibədə ölən və itkin düşənlərin sayını açıqladı

Paşinyan müharibədə ölən və itkin düşənlərin sayını açıqladı

"Ermənistan hakimiyyəti itkin düşənlərin sayını gizlətməyib və gizlətmir"

Bu sözləri Nikol Paşinyan Ermənistan parlamentində hökumət proqramının müzakirəsi zamanı deyib.

O xatırladıb ki, hərbi qüvvələrin Baş qərarganının məlumatına görə, 44 gün sürən müharibə zamanı 3777 nəfər həlak olub.

Axtarışlar nəticəsində son iki gündə isə bu say 4 nəfər artıb.

Paşinyanın iddiasına görə, ölənlərin 3702 nəfəri hərbçi, 75 nəfər isə mülki şəxslərdir.

Daha 243 nəfər isə itkin düşmüş sayılır. (report)