İlham Əliyev: “Razılaşa bilsək, Dağlıq Qarabağ...”

"Dağlıq Qarabağla bağlı qarşlıqlı kompromis mövcuddur, region muxtar respublika ola bilər". 

Bu barədə "RİA Novosti" Agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Məntiqli kompromis mövcuddur: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, onların daxili idarəetməsi və Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi. Və iki xalqın sülh içində yaşaması üçün Dağlıq Qarabağ muxtariyyətindən kənardakı ərazilər geri qaytarılmalıdır. Problemin həllini belə görürük”.

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir kompromisə gedilməyəcəyini də vurğulayıb.

“Biz heç zaman Dağlıq Qarabağa müstəqillik verilməsinə razılaşmayacağıq.

Amma yerli idarəetmə ilə bağlı müəyyən razılaşma əldə etmək mümkündür, razılaşa bilsək, burada muxtar respublika yaradıla bilər”.(modern.az)