İtkin düşən polkovnik-leytenantın nəşi tapıldı

İtkin düşən polkovnik-leytenantın nəşi tapıldı

Füzulinin Bala Bəhmənli kəndi Vətən müharibəsində verdiyi 13-cü Şəhidini qarşıladı

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun Şəhid olduğu bəlli olub. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 46 yaşlı zabitimizin nəşi itkin düşməsindən 4 ay 23 gün sonra Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. 

Şəhidimiz bu gün doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq. 

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı ugrunda canını qurban verdiyi Vətəninə yadigar qalıb.