İtkin düşən hərbiçimiz Ələkbər Musayev Şəhid olub

İtkin düşən hərbiçimiz Ələkbər Musayev Şəhid olub

İkinci Qarabağ müharibəsinin ilk günlərində itkin düşən daha bir hərbi qulluqçumuzun nəşi tapılıb 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, döyüşlərin ilk günlərindən Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevin Şəhid olduğu dəqiqləşib. 1999-cu il 16 iyun tarixində Cəlilabad rayonunun Mollalı kəndində dünyaya gələn Şəhidi bu gün anadan olduğu kəndin məzarlığında dəfn edəcəklər.