İbrahim Kalınla Jake Sullivan Qarabağı müzakirə etdi

İbrahim Kalınla Jake Sullivan Qarabağı müzakirə etdi

Ərdoğanın mətbuat katibi Baydenin müşaviri ilə Qarabağı müzakirə etdi Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Jake Sullivan arasında telefon danışığı olub.

Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, dövlət rəsmiləri Türkiyə-ABŞ ikitərəfli münasibətləri başda olmaqla Suriya və Liviya böhranları, Şərqi Aralıq dənizindəki və Əfqanıstandakı vəziyyət, Kipr problemi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, qlobal iqlim dəyişikliyi mövzuları ətrafında müzakirələr aparıblar.

Bildirilir ki, söhbət zamanı gündəlikdə olan digər məsələlərlə yanaşı, Qarabağ məsələsi də müzakirə olunub.

Söhbət əsnasında qarşıdakı dövr üçün iki ölkə arasında möhkəm, uzunmüddətli və konstruktiv münasibətlər modelini inkişaf etdirmək istəyi ifadə edilib.

Həmsöhbətlər NATO Alyansının möhkəmləndirilməsi, regional və qlobal sülhün və sabitliyin möhkəmləndirilməsi üçün addımların atılmasının zəruriliyi barədə razılığa gəliblər.

Virtualaz.org