Füzulinin igid oğlu-Şəhid Seymur Məmmədov

Füzulinin igid oğlu-Şəhid Seymur Məmmədov
18 sentyabr Şəhid Seymur Məmmədovun mübarək mövlud günüdür. Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq. O, 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açıb. İlk təhsilini Füzulidəki 2 saylı orta məktəbdə alıb. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olub. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Almaniya və Ukraynada keçirib. Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərib. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi. Həmin döyüşdə snayperlə vurulan Seymur 20 yaşında qəhrəmancasına Şəhid oldu. Şəhadətindən sonra ona Milli Qəhrəman fəxri adı verilib. Haqqında “Milli Qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında (rejissor Çingiz Həsənov) "Qartal yuvası" filmi çəkilib.