Ermənilərin sağlamlıq hüquqlarını təmin edə bilərik

Ermənilərin sağlamlıq hüquqlarını təmin edə bilərik

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev öncə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə Tedros Qebreyesusu təbrik edərək ÜST-nin fəaliyyətinin ölkəmiz tərəfindən daim dəstəkləndiyini bildirib.

Daha sonra nazir pandemiyadan irəli gələn çağırışların, o cümlədən güclü, dayanıqlı səhiyyə sistemlərinin yaradılmasında beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb. Bu xüsusda, səhiyyə sahəsində ölkədə həyata keçirilən mühüm proseslərdən bəhs edib.

Nazir bildirib ki, Azərbaycan hökuməti ölkə ərazisində yaşayan bütün etnik qrupların, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqlarını təmin etməyə hazırdır.

Bunu nəzərə alaraq, Ermənistan nümayəndə heyətinin beynəlxalq səhiyyə platformasının imkanlarından istifadə edərək hazırkı Assambleyada əsassız və təxribat xarakterli iddiaların səsləndirilməsinin qəbuledilməz olduğunu vurğulayıb, əvəzində iki ölkə arasında başlanılmış sülh prosesinə töhfə verməyə çağırıb.