Düşmənə qarşı cihad elan etmiş QAZİ

Düşmənə qarşı cihad elan etmiş QAZİ

Bir-birinə düşmən bəyləri də erməni terrorçularına qarşı birləşdirmişdi

1905-1906-cı illərdə ermənilərin xalqımızın başına gətirdiyi min cür müsibətlərdən sonra regionda yenidən qırğın təhlükəsi yarandı.

1918-ci ilin əvvəllərindən başlayaraq Azərbaycanın qərb bölgələrində Andronik, Dro, Njdenin dəstələri, mərkəzi regionlarda və Şimal-Şərq bölgələrində isə Şaumyanın, Lalayanın, Hamazaspın quldur birləşmələri əhaliyə qarşı açıq terrora başladılar.

Türk ordusunun zərbələrindən qaçan ermənilər, başda generalları — quldur Andronik olmaqla İrəvan quberniyasının ərazisinə soxulmuş və Zəngəzur, Göyçə, Dərələyəz, Naxçıvan və Qarabağ mahallarında müsəlmanlara qarşı qəddarlıqlar törətmişdilər. Zəngəzur qəzasında baş verənlər qırğınlar mart soyqırımlarının ən dəhşətli ssenarilərindən biri idi. Fövqəladə təhqiqat komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur.

Belə bir vəziyyətdə xalqı təşkilatlandırmaq, ermənilərə qarşı mübarizəyə sövq etmək üçün başbilənlərin ortaya atılması və məsuliyyəti üzərilərinə götürmələrinə böyük ehtiyac yaranmışdı.

Həmin vaxt regionda erməni quldurlarına qarşı mətinliklə mübarizə aparan Xosrov bəy Sultanov, qardaşı Sultan bəy Sultanov, Abbasqulu bəy Şadlinski, Kərbəlayi İsmayıl, Qəmlo, Balo bəy Vəkilovla yanaşı Bəhlul əfəndinin də adını xüsusi qeyd etmək zəruridir. Çünki məhz Bəhlul Behcət əfəndinin bir qazi kimi verdiyi cihad fərmanından sonra başsız və silahsız olan xalq ermənilərə qarşı qeyri-bərabər savaşa qarşı xeyli təşkilatlandı. Bəhlul Behcət erməni-rus nizami hərbi hissələrinin Zəngəzurun müsəlman əhalisinə qarşı cinayətlərinə müqavimətin təşəbbüskarlarından idi.

O, öncə Xanlıq, Dəmirçi, Dundarlı, Qəzyan camaatını başına yığıb cihad elan etdi ki, sayıq dayanın, ermənilər bizi qırmağa gəlirlər. Əliyanlı camaatına da xəbər göndərdi.

Qaçaq Qəbilin də mübarizəyə qoşulmasından sonra Zəngəzur mahalının bir sıra sonra Zəngəzur mahalının bir sıra kəndlərinə hücumun qarşısı alındı və ermənilər darmadağın oldular.

Xalqı cihada çağırmaqla yanaşı şəxsən özü və başçılıq etdiyi silahlı dəstələrlə Zəngəzurda erməni qırğınlarının qarşısının alınmasında mühüm xidmətlər göstərmişdir. O zaman Müsavat hökumətinin Zəngəzurda əsas dayaqlarından biri də məhz Bəhlul Behcət ağa olmuşdur.

Cihadın yerli əhaliyə ən böyük xeyri o oldu ki, bir-birilə qan düşmənçiliyi olan bir sıra bəylərimiz belə ümumi düşmənə qarşı mübarizəyə atıldılar.

Qeyd: Foto SSRİ zamanı Bəhlul Behcətin zindanda çəkilmiş fotosudur. /Difai Təşkilatı/