Dilqəm Əsgərov və Şahbaz Quliyev evə buraxıldı

Dilqəm Əsgərov və Şahbaz Quliyev evə buraxıldı

Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizdən Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq evindədir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onların ailə üzvləri, yaxınları sosial şəbəkələrdə şəkil və video paylaşıblar. 

YADDAŞ

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. 

"Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.