Deputat: "Erməni əsirlər Bakıdan qayıtmaq istəmir"

Deputat: "Erməni əsirlər Bakıdan qayıtmaq istəmir"

"Ermənistan hakimiyyətinin əsirlərlə bağlı bəyanatı sonuncuların Bakıdan Ermənistana daha qayıtmaq istəməməsinə səbəb ola bilər". Aysor.am xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının üzvü Ripsime Stambulyan bildirib.

Stambulyan Milli Assambleyada jurnalistlərlə görüşündə deyib: "Hakimiyyət əvvəlcə məhbusların hansı şəraitdə əsir götürüldüyünə baxmadan onları qəhrəmanlaşdırdı, indi isə onları tamamilə antiqəhrəmana çeviriblər".

Deputat iddia edir ki, hakimiyyət bundan sonra nə olacağını düşünmür:

"Bu, təəssüf ki, ona gətirib çıxaracaq ki, bizim oğlanlar Ermənistana qayıtmaqdan imtina edərək üçüncü ölkəyə göndərilmək istəsinlər", - deyə deputat qeyd edib.(virtualaz.org)