Deputat: "Azərbaycana kömək edib, gərginliyi artırırsınız"

Deputat: "Azərbaycana kömək edib, gərginliyi artırırsınız"

Türkiyə parlamentində HDP-ni təmsil edən deputat Karo Paylan bu ölkədən Azərbaycana kömək etməməyi tələb edib

Karo Paylan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu Azərbaycanı müdafiə edən bəyanatla çıxış etdiyinə görə qınayıb və ona bir sıra suallar ünvanlayıb:

Etnik səbəblərə əsaslanaraq Ermənistan-Azərbaycan münaqişəsi kontekstində qərəzli mövqe nümayiş etdirdiyinizi bilirsinizmi?

-Hələ dərk etmədinizmi ki, irqçi xarici siyasət "alovun üstünə yağ tökür" və yalnız problemləri artırır?

-Türkiyə hərbi-sənaye kompleksi Azərbaycana silah satışının həcmini artırmağı planlaşdırırmı?

-Bu səbəbdən də gərginliyi artırırsınız?

-Azərbaycana qoşun göndərməyi düşünürsüz?

-Niyə Türkiyə xarici siyasətdə etnik üstünlükləri rəhbər tutur?

-Türkiyənin ATƏT-in Minsk Qrupunun üzvü olduğunu hərdən yadınıza salırsınızmı?

-Hələ başa düşmürsünüz ki, Qafqazda qeyri-sabitlik yalnız Rusiya üçün xeyirlidir?

-Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan-Türkiyə sərhəd zonasında yerləşən atom elektrik stansiyasına zərbə vurmağa hazır olması ilə bağlı təhdidini necə şərh edərdiniz?"

Qeyd edək ki, bu Karo Paylanın birinci iradı deyil. O, Türkiyədə nəşr olunan dərsliklərdə ermnilərə qarşı nifrət təbliğ edildiyini iddia edərək bunun yığışdırılmasının vacibliyini bildirmişdi.