Armen Qriqoryan: "Qarabağ probleminin həllini tapmalıyıq"

Armen Qriqoryan: "Qarabağ probleminin həllini tapmalıyıq"

Armen Qriqoryan Hikmət Hacıyevə cavab verdi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtləri nəzərdə tutur.

"Biz hərtərəfli sülh müqaviləsinin formalaşdırılması üzərində işi davam etdirəcəyik. Bunun üçün biz Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yolu ilə və ATƏT-in Minsk Qrupu həmsədrlərin "üçlüyü" çərçivəsində həllini tapmalıyıq", - "Sputnik Ermənistan" Qriqoryandan sitat gətirir.

Xatırladaq ki, daha əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev demişdi ki, Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməli, bundan nəticə çıxarmalıdır və Bakı Ermənistandan müvafiq cavablar gözləyir.(virtualaz.org)