Ağdərədə erməni silahlıları terrora cəhd etdi

Ağdərədə erməni silahlıları terrora cəhd etdi

Ağdərədə erməni silahlıları sanitar maşını ilə terror-təxribat əməlinə cəhd etdi Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə qalan qanunsuz erməni silahlı dəstələrinin yeni təxribat cəhdi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, bu gün oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

Hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.

"Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır", - məlumatda bildirilir.

Bundan əvvəl erməni tərəfi Azərbaycan hərbçilərinin "sanitar avtomobilinə atəş açması" haqda məlumat yaymışdı.