7 aydr itkin düşən Əli Yusifov Şəhid olub

7 aydr itkin düşən Əli Yusifov Şəhid olub

İkinci Qarabağ müharibəsində itkin düşən leytnant Əli Sülhəddin oğlu Yusifovun Şəhid olduğu məlum olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 7 aydır itkin düşən Şəhidimizin nəşi bu gün Naxçıvan Muxtar Respubpublikasına yola salınacaq. Şəhidimiz doğulduğu Şərur rayonunun Oğuz kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Şəhidimiz Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşüb. O, sonuncu dəfə 2020-ci ilin 8 oktyabr tarixində nişanlısı ilə telefon əlaqəsi yaradıb. 

Ə.Yusifovun atası oğlunun əsir düşdüyünü iddia edirdi. O, Əlinin tez tez yuxusuna girdiyini və "ata, mən əsirəm, gəl məni xilas elə" dediyini bildirib. Şəhid atası övladının axtarışı üçün ölkə başçısına və Birinci Vitse-Prezidentə müraciət etmişdi. 
Allah rəhmət eləsin!