Koronavirusa görə 300 məhbus azad edildi
Featured

26 Mart 2020

 Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrində saxlanılan bir qrup məhbus vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib. O bildirib ki, bir müddət əvvəl koronavirus pandemiyasının yayılmasına görə ölkə rəhbərliyinə dustaqların azad edilməsiylə bağlı müraciət ediblər:

"Artıq prosesə start verilib. Təxminən 300-ə yaxın məhbus vaxtından əvvəl şərti azad olunub. Bu proses hələ davam edəcək. Yəqin ki, bu kateqoriyaya düşən digər məhbuslar da vaxtından əvvəl şərti azad olunacaq".

Qeyd edək ki, məhkumluq müddətinin bitməsinə 3-6-9 ay qalmış məhbusların bir qismi azad edilib.

Siyasi Məhbuslardan həbs müddətinin bitməsinə 6 ay qalmış AXCP üzvü Fuad Əhmədli, jurnalistlər Ziya Əsədli və Araz Quliyev, Səid Dadaşbəyli işinə görə həbs edilən Səid Dadaşbəyli və Cahangir Kərimov, Gəncə hadisələrinə görə həbs edilənlərdən isə Riad Nuruzadə, Alim Yusifov, Aydın Rüstəmov, Hüseyn Bayramov, Qənbər Qarazadə, Elvin Nəzərov, İsa Məhərrəmzadə və Renat Məmmədov da var. Amma adını çəkdiklərimiz azad edilənlərin siyahısına düşməyib. 

Top
JoomlaLock.com All4Share.net