Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sabiq prezidentin oğlu niyə öldürülüb? - Qatil səbəbi açıqladı

Ötən gün Almaniyanın keçmiş prezidenti Riçard Vayzekkerin oğlunu bıçaqlayaraq öldürən qatil cinayətin səbəbini açıqlayıb.

O, bu qərarını Vayzekker ailəsinin Vyetnam müharibəsində istifadə olunan kimyəvi "Agent orange" maddəsinin istehsalı olunmasında iştirak etməsi ilə əlaqələndirib.

Keçmiş prezident Riçard Vayzekkerin oğlu Fritz Vayzekker ötən gün Berlində baş həkimi olduğu xəstəxanada keçirilən seminar zamanı qətlə yetirilib.

"Bild" qəzetinin məlumatına görə, adı açıqlanmayan qatil onu Vayzekker ailəsindən qisas almaq üçün öldürdüyünü etiraf edib.

Riçard Vayzekker Vyetnam müharibəsində ABŞ tərəfindən istifadə olunan zəhərli kimyəvi maddə olan "Agent oranc"ın istehsalı ilə məşğul olan "Boehringer Ingelheim" şirkətinin rəhbəri olub. ABŞ Vyetnam müharibəsində ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan "Agent oranc"dan istifadə etmişdi.

"Bild" Berlində törədilən cinayətin bununla bağlı olduğunu yazıb.

1984-1994-cü illərdə Almaniya prezidenti olan Riçard von Vayzekker bir neçə il əvvəl 94 yaşında vəfat edib.
(teleqraf.com)

Cümə, 22 Noyabr 2019 11:58

Yarımbeyinli insanların sirri açıldı

Kaliforniyanın Texnologiya İnstitutunun neyrobioloqları hemisferektomiya (yarımkürələrdən birinin kəsilib çıxarılması) prosedurundan keçmiş insanların necə normal həyat tərzi sürməyə nail olduqlarını araşdırıblar. 

Elmi işin nəticələri barədə Science Alert nəşrində yazılıb.

Tədqiqatda dərmanla müalicə olunmayan epilepsiyadan əziyyət çəkdiyinə görə beyin yarımkürələrindən biri kəsilib çıxarılmış 6 pasiyent iştirak edib. Onların beyninin MRT müayinəsinin nəticələrini 6 sağlam adamın, eləcə də "Brain Genomics Superstructure Project" üçün çəkilmiş 1482 beyin şəkli ilə müqayisə olunub. Məlum olub ki, kəsilməyən yarımkürənin fəaliyyəti bütöv beynin işini xatırladır.

Hər altı pasiyentin tək qalmış beyin yarımkürəsində diqqət, sensor və limbik (emosiyalar və yaddaş) aktivliyə cavabdeh olan və idealda hər iki yarımkürədə yerləşən neyron şəbəkələr arasında yüksək rabitənin olduğu aşkarlanıb. Müxtəlif sistemlər arasında əlaqələrin artması yarımkürənin itirilməsini kompensasiya edərək koqnitiv funksiyaları dəstəkləyir.(sputnik.az)

Səudiyyə rejiminin təcavüzü nəticəsində Yəməndə ildə 100 min uşaq həyatını itirir - YENİ HESABAT

Səudiyyə Ərəbistanın Yəmənə amansız təcavüzü, bu ölkəni mühasirədə saxlaması və yolxucu xəstəliklərin yayılması nəticəsində ildə 100 min yəmənli uşaq həyatını itirir.

Bunu Yəmən "Milli Nicat Hökuməti"nin Səhiyyə Nazirliyinin sözçüsü Yusif Əl-Hazeri deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanın bir başa hava hücumu nəticəsində 7200 uşaq qətl edilib və ya yaralanıb, 800 dən çox uşaq əlil olub. "2 milyon 200 min nəfər vəba xəstəliyinə yoluxub. Onlardan 3750 nəfər həyatını itirib. Vəbaya yoluxanlardan 32 faizi uşaqdır".

34 min 520 nəfərin Yəməndə "tifoid"ə (qarın yatalağı, mədə-bağırsaq xorası) xəstəliyinə yoluxduğunu deyən Y. Əl-Hazeri bildirib ki, həmin şəxslərdən 273 nəfəri ölüb. Xəstəliyə yoluxanların 63 faizi isə uşaqlardır.

O qeyd edib ki, difteriya xəstəliyinə yoluxanların sayı 4500 nəfər təşkil edir, onlardan 253 nəfər həyatını itirib və xəstəliyə yoluxanların 16 faizi 5 yaşından az uşaqlardır.

Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, 5 milyon 400 min uşaq aclıqdan əziyyət çəkir, onlardan 55 faizi yəni təqribən 2 milyon 900 mini 5 yaşından az uşaqlardır. "Ölkədə beş yaşından az uşaqların 86 faizi bir növ dəmir çatışmazlığından əziyət çəkir və uşaqların 46 faizi kəkələyir, 80 faizi də Səudiyyə rejiminin qırıcılarının, bomba və raketlərinin səsinə görə, müxtəlif növ ruhi xəstəliklərdən əziyyət çəkirlər".

O deyib ki, tibbi xidmətlərin zəif olması nəticəsində hər iki saatda 6 yeni doğulmuş körpə həyatını itirir.

Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Yəməndəki uşaqların hamısının yəni 12 milyon uşağın humanitar və tibbi yardımlara ehtiyacı olduğunu deyib.

O bildirib ki, Səudiyyə rejiminin təcavüzü və Yəməni mühasirədə saxlaması nəticəsində ölkənin 51 faiz tibb ocaqları və xəstəxnaları tamamilə fəaliyyətini dayandırıb. Və bu da uşaqlara diqqət etmək işinə bir başa mənfi təsir göstərir.(maide.az)

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin Qəbullar Evinə gəldi.

Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü oldu.

1 -dən səhifə 1493
Top
JoomlaLock.com All4Share.net