Öz yalanlarına inanmaq- Mitomaniya nədir?
Featured

13 Noyabr 2019

Mitomaniya əslində hər çeşiddə yalan söyləmək və öz spylədiyi yalanlara inanmaq xəstəliyidir. Bu tip insanlar səhvlərini ört-basdır etmək üçün davamlı olaraq yalan danışırlar. Bir müddət sonra isə artıq öz danışdıqları yalana özləridə inanmağa başlayırlar.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu əslində bu gün dünyada geniş yayılmış xəstəlikdir.

Bəs xəstəliyi doğuran səbəblər hansılardır? Bu fərd olaraq özünə inamsızlıqdan irəli gəlir. Öz bacarıqsızlığını və zəifliyini ört-basdır etdiyini düşünüərək illərlə söylənən yalanlar sonunda şəxsi öz hördüyü torunda boğulan hörümçək kimi sıxmağa başlayır. Artıq bu şəxs öz yalanlarına inanır. Belələri yalanlarını düzəltmək üçün heç vaxt cəhd göstərmirlər,çünki onların peşmançılıq mexanizmləri işləmir. Əgər peşmanlıq hiss edirlərsə deməli, onlar Mitomaniya xəstəsi deyillər.

Necə müalicə olunmalıdırlar?

Mitomaniya xəstəliyindən əziyyət çəkənlər özlərində heç bir problem görmədikləri üçün müalicədə olunmaq istəməzlər.

Müalicə zamanı psixoloqlar ilk növbədə onlara güvən aşılamalıdır ki, yalan danışmağının səbəbini öyrənə bilsin. Müalicə uğurla bitdikdən sonra yenidən təkrarlanmasına ehtiyac yaranmır. Çünki bu xəstəliyin illərlə girdabında gülüş hədəfinə çevirilən şəxslər artıq azad olduqları üçün geriyə, əzablı həyata qayıtmaq istəmirlər.

Top
JoomlaLock.com All4Share.net