Şəhid Səfərəli Abışov anıldı
Featured

04 Oktyabr 2019

Ermənistan tərəfinin açdığı atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndində təminat yollarının salınması ilə məşğul olan ekskavatorun sürücüsü, mülki şəxs Səfərəli Ələkbər oğlu Abışovun şəkilləri sosial şəbəkələrdə paylaşılıb. Onu tanıyanlar Şəhidimizi şəkilləri ilə anıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, ekskavator sürücüsü yol çəkərkən Şəhid olub.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, hadisə oktyabrın 2-də, saat 16:55-də baş verib.

Картинки по запросу səfərəli abışov

Məlumatda deyilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı Ermənistan tərəfinin təxribatları davam etməkdədir:

"Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qarşı tərəfin atəş nöqtələri cavab atəşilə susdurulub".

Картинки по запросу səfərəli abışov

Картинки по запросу səfərəli abışov

Top
JoomlaLock.com All4Share.net