Heydər Əliyev Fondu Şəhid oğlunu himayəyə götürdü
Featured

24 Sentyabr 2019

Şəhid oğlu Elxan Mehdiyevin müalicəsini Heydər Əliyev Fondu maliyyələşdirəcək.

Bu barədə vetenugrunda.az-a E.Mehdiyevin özü məlumat verib: "Diqqətinizə görə çox sağ olun. Heydər Əliyev Fondu mənim ev problemimi və sağlamlığımı bərpa edəcək. Hamınıza təşəkkür edirəm".

Qeyd edək ki, bir neçə gün öncə "Qarabağ Studio" səhifəsinin yaradıcısı və admini Nicat Cəlilov Qarabağa gedərək Tərtər rayonunda yaşayan Şəhid Elman Mehdiyevin oğlu Elxan Mehdiyevin ağır xəstəliyini və acınacaqlı mənzil şəraitini lentə almışdı.

Elxan ölkə başçısına və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək sağalaması üçün onların dəstəyini istəmişdi.

Xatırladaq ki, Elxan Mehdiyev vərəmin ən ağır formasından əziyyət çəkir. O, bu xəstəliyə 2004-cu ildə hərbi xidmətə yollandıqdan sonra yoluxub. Əsgərliyi başa vurmasına 6 ay qalmış xidmətə yararsız hesab ediliib tərxis olunub. 

Top
JoomlaLock.com All4Share.net