Ermənilər hücum əmri verdi
Featured

18 Sentyabr 2019

Az öncə xəbər verdiymiz kimi, işğalçı ölkə növbəti hərbi təlimlərə hazırlaşır.

"24 sentyabr - 5 oktyabr tarixlərində görünməmiş miqyaslı və xarakterli strateji hərbi təlimlər keçiriləcək".

Bu məlumat Ermənistan Müdafiə Nazirliyinin "Zinuj" informasiya-klipində yayılıb.

"Bütün ölkə və hər kəsin iştirak edəcəyi unikal müdafiə tədbiri... Gəlin hərbi təlimlərdə iştirak edək! "-deyə məlumatda bildirilir.

"Müdafiədən hücuma, düşmənin məhvinə qədər!", - işğalçı ölkə əhalisinə ünvanlanmış video-klipdə belə deyilir.

P.S. "Müdafiədən hücuma!" devizini əsrlərdən bəri olan-qalan torpağının daha 20 faizi 30 ilə yaxındır işğal altında qalan Azərbaycan irəli sürmək yerinə, həyasızlığın kulminasiya nöqtəsini fəth etmiş işğalçı ölkə car çəkir...(moderator.az)

Top
JoomlaLock.com All4Share.net