Mövlud Çavuşoğlu ilə Mayk Pompeo görüşüb

21 Noyabr 2019

Brüsseldə keçirilən NATO ölkələrinin XİN başçılarının iclası çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş keçirilib.

Çavuşoğlu və Pompeo görüşlə bağlı Tvitter hesablarından paylaşım etsələr də NATO qərargahında keçirilən görüş mətbuata qapalı olub.

Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfərindən sonrakı gündəmi müzakirə etdiklərini bildirib.

Pompeo da öz növbəsində Brüsseldə Çavuşoğlu ilə konstruktiv görüş baş tutduğunu vurğulayıb.

Top
JoomlaLock.com All4Share.net