Əfqanıstanda prezident kim olacaq? -SEÇKİ
Featured

28 Sentyabr 2019

Əfqanıstanda bu gün prezident seçkiləri keçirilir. 

Əfqanıstanın ali dövlət postuna 16 nəfər namizəddir. 149 milyon dollar büdcə ayrıldığı seçkilərdə p rezident kürsüsü uğrunda əsas mübarizə Əşrəf Qani və icra hakimiyyətinin başçısı Abdulla Abdulla arasında gedir. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hazırkı dövlət başçısı Məhəmməd Əşrəf Qəni və baş nazir Abdullah Abdullah seçkidə iştirak edərək səs veriblər. 

Seçki dairələri artıq açıq elan olunub.

18 yaşdan yuxarı vətəndaşların səsvermə hüququna  malik olduğu Əfqanıstanda 9 milyondan artıq insan seçki dairələrində qeydiyyatdan keçirilib.

Daim terrorla üz-üzə olan bu ölkədə prezident seçkilərinin keçirildiyi bu gün Kabil, Calalabad və Qəznə bölgələrində partlayış baş verib. Ölkənin cənubundakı Qəndəhar şəhərində səsvermə məntəqəsinin qarşısında baş verən partlayış zamanı 15 nəfər xəsarət alıb. 

Top
JoomlaLock.com All4Share.net