Rusiyanın beynəlxalq ehtiyatları 72 milyard dollar artıb
Featured

21 Noyabr 2019

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina Dövlət Dumasındakı çıxışında bu il beynəlxalq ehtiyatların 72 milyard dollar artdığını qeyd edib.

O, Rusiya Mərkəzi Bankın keçən ilə nisbətən beynəlxalq ehtiyyatlarda dolların payını azaltdığını qeyd edib.

Xatırladaq ki, 2018-ci ildə Rusiya Mərkəzi Bankı 2017-ci ilə nisbətən beynəlxalq ehtiyatlarda dolların payını 23,1 faiz bəndi azaldaraq 22,7% çatdırıb.

Rusiya Maliyyə nazirinin müavini Vladimir Kolıçev, 2020-ci ildə Milli Rifah Fondunda dolların payının geosiyasi risklər səbəbindən azaldacağlarını açıqlamışdı.(report)

Top
JoomlaLock.com All4Share.net