Məhəmməd Salah adina məktəb açılıb
Featured

07 Oktyabr 2019

Misirin qədim şəhərlərindən biri olan Basunda "Liverpul"un ulduz futbolçusu, əslən Misirli olan 27 yaşlı Məhəmməd Salahın adına məktəb açılıb.

Futbolçunun doğma yurdunda, "Nadric" kəndində açılan məktəb Qahirənin 100 kilometrliyində yerləşir. 12500 kvadmetr sahəsi olan binada eyni zamanda 2715 məktəbli təhsil ala bilər. Məktəbin təmirinə və yanında məktəblilər üçün futbol meydançasının tikilməsinə 770 min dollar pul xərclənib. Bu məbləği Məhəmməd Salah özü ödəyib.

Məktəbin müəllimi Məhəmməd Həsən deyib ki, "mən fəxr edirəm dünyaca məşhur futbolçu ən yaxşı tələbələrimdən biri olub. Allah onu qorusun".

Məktəbə Məhəmməd Salehin adını vermək təklifini şəhər qubernatoru 2018-ci ildə futbolçu qol vurub Misiri dünya çempionatinda qalib etdikdən sonra irəli sürüb.(maide.az)

Top
JoomlaLock.com All4Share.net