Messi ilin ən yaxşı futbolçusu seçildi
Featured

24 Sentyabr 2019

Sentyabrın 23-də FİFA "İlin ən yaxşıları" müsabiqəsi üzrə qaliblərin adını açıqlayıb.

Milan şəhərində keçirilən qala gecəsində ilin ən yaxşı qadın və kişi məşqçiləri, ən yaxşı qadın və kişi futbolçuları olmaqla, ümumilikdə yeddi nominasiya üzrə mükafatlar təqdim olunub.

Qeyd edək ki, FİFA-nın ən yaxşıları nominasiyalarında qaliblər azarkeşlər və dünyanın 200 aparıcı media təmsilçisi (səslərin 50 faizi) və milli futbol komandalarının aparıcı oyunçuları və məşqçiləri (səslərin digər 50 faizi) tərəfindən səsvermə əsasında seçilir.

İlin ən yaxşı futbolçusu adına üç namizəd olub- "Barselona"nın argentinalı kapitanı Lionel Messi, "Yuventus"un portuqaliyalı hücumçu Kriştian Ronaldu və "Liverpul"un müdafiəçisi Vircil van Deyk.

Səsvermənin nəticələrinə əsasən, Lionel Messi ilin ən yaxşı futbolçusu adına layiq görülüb. Bununla da o, altı dəfə bu mükafatı qazanan ilk futbolçu kimi tarixə düşüb.

İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Yürgen Klopp isə ən yaxşı baş məşqçi nominasiyasında Pep Qvardiola ("Mançester Siti") və Maurisio Poçettinonu ("Tottenhem") qabaqlayıb.(virtualaz.org)

Top
JoomlaLock.com All4Share.net