Avropa Komissiyasının yeni sədri
Featured

27 Noyabr 2019

Avropa Parlamentinin (AP) deputatları Avropa Komissiyasının (AK) Ursula fon der Lyayenin rəhbərliyi altındakı yeni tərkibini təsdiqləyib.

Səsvermə Strasburqdakı plenar sessiyada baş tutub.

461 deputat təklif olunan komissarların lehinə, 157 nəfər isə əleyhinə səs verib, 89 nəfər bitərəf qalıb. Beləliklə, yeni Avropa Komissiyası əvvəlcədən təyin edilmiş müddətdən bir ay sonra, dekabrın 1-də vəzifələrinin icrasına başlaya biləcək.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 1958-ci ilin 8 dekabrında Belçikada dünyaya gələn Ursula fon der Lyayen Göttingen və Münster Üniversitetinin iqtisadiyyat faükltəsində təhsil alıb. Daha sonra Hannover Tibb Məktəbini bitirib. O, Avropa Komissiyasının ilk qadın sədridir.

Urusla Lyayen Twitter hesabında paylaşdığı statusunda "Əgər seçilərəmsə, Avropaya tam gücümlə xidmət etmək üçün çərşənbə günü müdafiə naziri postundan istefa verəcəm" yazıb.

Top
JoomlaLock.com All4Share.net