"Dünyada bu dili yazıb-oxumağı təkcə o, bilir..."- İbtidai təhsili qoca...
Featured

14 Oktyabr 2019

"Dünyada bu dili yazıb-oxumağı təkcə o, bilir..."- İbtidai təhsili olan yaşlı qoca...

Söhbət ibtidai təhsili olan 68 yaşlı Məhmət Kuşmandan gedir. O, Vandakı Çavuştəpə qalasının 55 illik keşikçisidir. O, dünyada urartu dilində yaza bilən yeganə insandır.

68 yaşlı Məhmət Kuşman dünyada urartu mixi yazılarını oxuya bilən 38 adamdan biridir. Amma bu dildə ondan başqa yaza bilən yoxdu. İbtidai təhsil alan M.Kuşman bunu qalada keşikçi olduğu dövrdə öyrənib.

Uzun qış gecələrində əldə etdiyi kitabları oxuyan yaşlı adam günün birində qalada araşdırma aparan qrupa yaxınlaşaraq onlara bu dili öyrənmək istədiyini deyib. Adamlar yaşlı adamın bu işə həvəsli olduğunu görərək ona bir neçə kitab verib.

Bütün bunlardan sonra M.Kuşman indi urartu mixi yazılarını oxuyan 38 adamın siyahısına daxil olmanın və bu dili yaza bilən tək adam olduğu üçün qürur duyur. O, yazdığı daşları Vana gələn ziyarətçilərə hədiyyə verir. Yaşlı adamın bir istəyi var və o da bu dili gələcək nəsilə öyrətməkdir.(moderator.az)

Top
JoomlaLock.com All4Share.net